AZ

BVF: İran müharibəsinin dərinləşməsi qlobal resessiyaya səbəb ola bilər

ain.az bildirir, Bizimyol portalına istinadən.

Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib ki, İran müharibəsinin daha da dərinləşməsi qlobal iqtisadi artımı zəiflədə və inflyasiyanı yüksəldə bilər, ən çox təsiri isə Böyük Britaniyaya olacaq.

Bizimyol.info xəbər verir ki, fondun Vaşinqtonda yayımladığı yarımillik hesabatına görə, Yaxın Şərqdəki münaqişənin iqtisadi zərərləri artmaqdadır və bu, 2026-cı il üçün artım proqnozlarını aşağı salmağa səbəb olub.

BVF bildirib ki, 2026-cı ildə Böyük Britaniyada iqtisadi artım yalnız 0,8% olacaq, inflyasiya isə 4%-ə yüksələcək. Bu, G7 ölkələri arasında ən kəskin azalma və ən yüksək inflyasiyadır. ABŞ üçün artım proqnozu 2,3%-ə düşüb. Fonddakı baş iqtisadçı Pierre-Olivier Gourinxas bildirib ki, enerjiyə artan asılılıq və münaqişənin uzanması dünyanı “pessimist ssenariyə” yaxınlaşdırır. Bu ssenaridə neftin qiyməti bu il 100 dollardan yuxarı qalacaq, 2027-ci ildə isə 75 dollara enəcək.

BVF xəbərdarlıq edir ki, uzunmüddətli və intensiv müharibə nəticəsində neftin qiymətləri 110 dollardan yüksək qalarsa, qlobal artım 2%-ə qədər azalacaq və inflyasiya 6%-i keçəcək. Bu isə qlobal resessiya üçün kritik hədd sayılır. Belə vəziyyətdə mərkəzi banklar faiz dərəcələrini artırmağa məcbur olacaq ki, yüksək inflyasiya konsolidasiya olunsun.

Fond vurğulayır ki, qlobal iqtisadi zərəri minimuma endirməyin ən yaxşı yolu münaqişəni dayandırmaqdır. Hökumətlər əhalini dəstəkləyəcək maliyyə tədbirlərini yalnız qısamüddətli və hədəfli şəkildə həyata keçirməlidir, çünki əksər ölkələrin borc səviyyəsi artıq davam etdirilə bilməz həddə çatıb. BVF qeyd edir ki, hədəfsiz tədbirlər – qiymət məhdudiyyətləri, subsidiyalar və digər müdaxilələr – populyar olsa da, çox vaxt bahalı və təsirsiz olur.

Hesabata görə, müharibənin qısamüddətli belə davam etməsi qlobal iqtisadi artımı zəiflədə və inflyasiyanı artıracaq. Fond ölkələri xəbərdar edir ki, enerji qiymətlərinə nəzarət və münaqişənin tezliklə dayandırılması, qlobal iqtisadi sabitliyin qorunması üçün vacibdir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
icma.az

1Mənbələr