AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, qurum Misli Premyer Liqasının 27-ci turunda qeydə alınan qayda pozuntularını müzakirə edib.
Altı oyundan yalnız birində cəriməyə əsas verən hal aşkarlanıb. Ağdam təmsilçisinin dörd futbolçusunun "Şamaxı" ilə oyunda sarı vərəqə alması 700 manat cəriməyə şərait yaradıb.
Qeyd edək ki, "Qarabağ" "Şamaxı" ilə 0:0 oynayaraq xal itirib.