AZ

Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 12,8 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin fevral ayında qeyd edilən regiondan gələnlərin sayı 6,8 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin fevral ayına nisbətdə 5,4 faiz, cari ilin yanvar ayına nisbətdə isə 12 faiz çoxdur.

2026-cı ilin fevral ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

Ukrayna
Belarus
Polşa
Moldova
Macarıstan
Çexiya
Litva
Rumıniya
Serbiya
Slovakiya

Seçilən
36
vergiler.az

1Mənbələr