AZ

Rusiya Ukraynanı dron və raket “yağışına” tutdu Ölənlər və dağıntılar var

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya hərbçiləri aprelin 15-nə keçən gecə Ukrayna ərazisinə yüzlərlə pilotsuz uçuş aparatı (PUA) və raketlərlə genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində bir neçə regionda mülki şəxslər arasında ölənlər və yaralananlar var.

“AzPolitika” Ukrayna mediasına istinadən xəbər verir ki, zərbələrin coğrafiyası və nəticələri barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, hücum zamanı avtobus dayanacağının yanındakı köşkdə olan 74 yaşlı qadın həlak olub. Zərbə nəticəsində köşk tamamilə dağılıb, ətrafdakı çoxmərtəbəli binalar, təsərrüfat tikililəri və avtomobil dayanacağındakı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Gecə hücumları digər vilayətlərdən də yan keçməyib. Belə ki, Dneprə hücum nəticəsində 3 nəfər xəsarət alıb, Çerkassıda PUA zərbələri yaşayış binalarına ziyan vurub, 4, Xersonda isə bir mülki şəxsin yaralandığı bildirilir. Odessada liman infrastrukturu, Sumıda isə sənaye müəssisəsi yenidən hədəfə alınıb. Kiyev vilayətində, xüsusilə Belaya Serkov şəhərində yanğınlar baş verib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, Rusiya tərəfi gecə ərzində Ukrayna səmalarına 324 dron və 3 ədəd "İsgəndər-M" ballistik raketi buraxıb. Rusiya Müdafiə Nazirliyi hələlik zərbələrlə bağlı rəsmi şərh verməyib.

Dneprdə matəm elan olunub Qeyd edək ki, ötən gün Rusiyanın Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində kafe və ərzaq mağazasının vurulması 5 nəfərin ölümü ilə nəticələnmişdi. Bu gün şəhərdə həlak olanların xatirəsinə matəm elan edilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
azpolitika.info

2Mənbələr