Hər il aprelin 15-də dünyanın bir çox ölkəsində Ekoloji Bilik Günü qeyd olunur. Bu günün əsası 1992-ci ildə keçirilmiş Rio-de-Janeyro konfransında qoyulub. Həmin konfransda qlobal ekoloji problemlər geniş müzakirə edilmiş, davamlı inkişafın təmin olunmasında ekoloji maarifləndirmənin rolu xüsusi olaraq vurğulanmışdır.
Ekoloji Bilik Günü cəmiyyətdə ekoloji biliklərin artırılmasına, ekoloji mədəniyyətin formalaşdırılmasına və ətraf mühitə məsuliyyətli münasibətin təşviqinə xidmət edir.
Bu gün bizə bir daha xatırladır ki, təbiəti qorumaq yalnız seçim deyil, gələcəyimiz üçün zəruri bir öhdəlikdir.