AZ

Blokadaya baxmayaraq, İran tankeri Hörmüz boğazını keçdi

Blokadaya

ABŞ-ın İrana qarşı "dəniz blokadası" tətbiq etdiyi iddiaları fonunda İrana məxsus bir neft tankeri Hörmüz boğazından keçərək ölkənin ərazi sularına daxil olub.

Xalqcebhesi.az xəbər verir ki, yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, sözügedən tanker ABŞ-ın "dəniz blokadası" zamanı naviqasiya sistemi (yerləşmə sistemi) açıq vəziyyətdə boğazı keçərək İran sularına çatıb.

Xəbərdə bildirilir ki, həmin neft tankeri 2 milyon barel xam neft daşıma potensialına malikdir və "ən kiçik bir maneə ilə qarşılaşmadan" təyinat nöqtəsinə çatıb.

Məryəm Quliyeva

Seçilən
22
xalqcebhesi.az

1Mənbələr