ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Nərimanov rayonu ərazisində, Böyükşor bulvarı yaxınlığında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “WhatsApp” xəttinə göndərdiyi video ilə məlumat verib. Bildirilib ki, hadisə aprelin 15-də saat 07:57 radələrində qeydə alınıb.
Görüntülərdən aydın olur ki, 77-YS-081 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü hərəkət zamanı manevr qaydalarını pozub. Belə ki, o, yerləşdiyi zolaqdan birbaşa ən sağ zolağa keçməyə cəhd edib və bu zaman digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb. Nəticədə həmin zolaqda hərəkətdə olan təlimçi qəza riski ilə üzləşib.
Xoşbəxtlikdən, sürücünün çevik reaksiyası və peşəkar davranışı baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını alıb.
Kadrlarda qayda pozan sürücünün istiqamətini dəyişərkən təhlükəsizlik tələblərinə əməl etmədiyi açıq şəkildə görünür.
Qeyd edək ki, belə halların qarşısını almaq üçün sürücülər əvvəlcədən düzgün hərəkət zolağını seçməli, manevr etməzdən öncə isə zolağın boş olduğuna və digər hərəkət iştirakçılarına təhlükə yaratmadığına əmin olmalıdırlar.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.