AZ

Fransada Azərbaycan icması ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Fransanın Paris şəhərində və ətraf bölgələrdə yaşayan Azərbaycanicması ilə görüş keçirilib.

Trend xəbərverir ki, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrininmüavini Vaqif Seyidbəyov və komitə əməkdaşları iştirak edib.

Toplantı Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarındankeçən şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi iləbaşlayıb.

Komitə sədrinin müavini soydaşlarımızın yaşadıqları ölkələrdəAzərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsivə icma daxilində mobilliyin qorunması istiqamətində fəaliyyətiniyüksək qiymətləndirib, diasporun yeni fəaliyyət strategiyasındandanışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasınıqoyduğu diaspor siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyiilə yeni çağırışlara uyğun daha da inkişaf edib.

Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə vəsəlahiyyətli səfiri Leyla Abdullayeva Azərbaycan-Fransamünasibətlərinin möhkəmlənməsində və inkişafında diasporumuzunrolunun vacibliyinə diqqət çəkib. Səfir Fransadakı icmamızınpostmüharibə dövründə hansı gündəlik üzrə fəaliyyət göstərməsinəbelə görüşlərin müsbət təsirini nəzərə çatdırıb.

Görüşdə xaricdə yaşayan azərbaycanlıların yaşadıqlarıcəmiyyətlərə uğurla inteqrasiyasının, şəbəkələşməsinin, millikimliklərinin, ana dilinin, zəngin mədəni irsimizin qoruyubsaxlamalarının və ölkəmizi uğurla təmsil etmələrinin böyükəhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Bu balans həm fərdi inkişaf,həm milli maraqların qorunması, həm də yüksək ideoloji birlikbaxımından çox vacibdir. Fransada yaşayan soydaşlarımızAzərbaycanla bağlı dezinformasiyaların qarşısının alınması,ölkəmizin beynəlxalq imicinin qorunması istiqamətində böyükfədakarlıq nümayiş etdirir, ölkələrarası münasibətlərin inkişafınatöhfələr verirlər.

Qarşılıqlı fikir mübadiləsi zamanı soydaşlarımızın yaxın və uzaqperspektivə dair təklifəri, təşəbbüsləri dinlənilib, onlarımaraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsrolunan və diasporun birliyini əks etdirən hesabat xarakterlitəqdimat və videoçarxlar nümayiş olunub. Fransada yaşayansoydaşımız, politoloq Maşallah Rəzmiyə təltif olunduğu AzərbaycanRespublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdimedilib. Maşallah Rəzmi yüksək mükafata görə Prezident İlham Əliyevətəşəkkürünü bildirib.

Daha sonra Fransa Azərbaycanlıları Koordinasiya Şurasınıntoplantısı keçirilib. Şuranın koordinatorları Günel Səfərova vəMehriban Ovçuyeva AKŞ-nin fəaliyyəti ilə bağlı geniş məlumatverib.

Toplantıda qeyd olunub ki, müxtəlif ölkələrdə yaradılanKoordinasiya Şuraları diaspor təşkilatları və icmalar arasındaəlaqələndirici və birləşdirici rol oynayır, vahid mövqeninformalaşmasına, informasiya mübadiləsinin genişlənməsinə və birgətəşəbbüslərin artmasına xidmət edir. Bu platformalar vasitəsiləAzərbaycanla bağlı əlamətdar günlər, milli bayramlar və mühümtarixi hadisələr daha geniş müstəvidə qeyd olunur, ölkəmizinbeynəlxalq imici gücləndirilir.

Qeyd edək ki, xarici ölkələrdəki Azərbaycan icmaları iləsistemli və ardıcıl görüşlərin keçirilməsi diaspor içərisindəhəmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərininbeynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki müasir ideyavə missiyaların formalaşması baxımından böyük əhəmiyyətdaşıyır.

Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Fransada
Seçilən
24
7
az.trend.az

8Mənbələr