AZ

İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirib

Bakı, 15 aprel, AZƏRTAC

İngiltərə millisinin sabiq futbolçusu Conco Şelvi karyerasını bitirib.

AZƏRTAC xəbər verir ki, o, bundan sonra məşqşi kimi fəaliyyət göstərəcək. Belə ki, 33 yaşlı veteran yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Falkons" komandasının baş məşqçisi təyin olunub.

Komanda hazırda II Divizionda mübarizə aparır.

Conco Şelvi karyerası ərzində “Liverpul” və “Nyukasl” kimi tanınmış klublarda da çıxış edib. O, İngiltərə millisinin heyətində 6 matçda meydana çıxıb.

Seçilən
27
azertag.az

1Mənbələr