AZ

“Araz Saatlı” 1000 manat cərimə olundu

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda II Liqada yaşananlarla bağlı qərarlar qəbul olunub:

13 aprel 2026-cı il tarixində II Liqada XXII turun "Araz Saatlı" – "Göygöl" oyununda "Araz-Saatlı" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Araz Saatlı" komandası 70 manat cərimə edilsin (maddə 43.1)

13 aprel 2026-cı il tarixində II Liqada XXII turun "Araz Saatlı" – "Göygöl" oyunu bitdikdən sonra "Araz-Saatlı" komandasının təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun oyuna buraxılmasın, "Araz Saatlı" komandası 1000 manat cərimə edilsin (maddə 52.4, 53)

13 aprel 2026-cı il tarixində II Liqada XXII turun "Araz Saatlı" – "Göygöl" oyununda "Araz-Saatlı" komandasının 27 nömrəli futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, "Araz Saatlı" komandası 1000 manat cərimə edilsin (maddə 52.4)

13 aprel 2026-cı il tarixində II Liqada XXII turun "Araz Saatlı" – "Göygöl" oyununda "Göygöl" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Göygöl" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

13 aprel 2026-cı il tarixində II Liqada XXII turun "Araz Saatlı" – "Göygöl" oyununun matçöncəsi iclasında "Göygöl" komandasının nümayəndəsi iştirak etmədiyinə görə "Göygöl" komandası 150 manat cərimə edilsin (maddə 58.1, 99);

13 aprel 2026-cı il tarixində II Liqada XXII turun "Şəmkir" – "Şirvan" oyununda "Şəmkir" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şəmkir" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

1

3 aprel 2026-cı il tarixində II Liqada XXII turun "Şəmkir" – "Şirvan" oyununda "Şirvan" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Şirvan" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
sport24.az

1Mənbələr