Xavyer Maskerano “İnter Mayami”nin baş məşqçi vəzifəsindən ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, MLS klubu argentinalı mütəxəssislə yolların ayrıldığını açıqlayıb. Maskerano 2025-ci ilin əvvəlindən komandaya rəhbərlik edirdi və onun müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu.
“İnter Mayami” ötən mövsüm pley-offda çempion olsa da, cari mövsümdə Şərq Konfransında üçüncü yerdə qərarlaşıb.