AZ

Lavrov: Uranın zənginləşdirilməsi İranın  hüququdur 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, uranın zənginləşdirilməsi İranın “ayrılmaz hüququdur” və Moskva bu məsələ ilə bağlı İranı qane edən istənilən qərarı alqışlayacaq.

Vətəninfo.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Rusiya zənginləşdirilmiş uran məsələsində İranın qanuni hüquqları çərçivəsində qəbul ediləcək hər hansı razılaşmanı dəstəkləməyə hazırdır.

Rusiya XİN rəhbəri çıxışında Qərbi də tənqid edərək bildirib ki, Qərb artıq Orta Asiya və Cənubi Qafqaz ölkələrinə belə münasibətlərini necə tənzimləməli olduqlarını diktə etməyə çalışır.

Lavrov qeyd edib ki, Yaxın Şərqdəki böhranın yaxın zamanda həll olunması real görünmür və münaqişəni “həll etmək” istiqamətində aparılan səylər indiyə qədər demək olar ki, nəticə verməyib.

Seçilən
36
veteninfo.az

1Mənbələr