AZ

"Onun zəngin irsi bir çox tədqiqat əsərlərinin mövzusuna çevrilib" - Müşfiq Cəfərov



"Onun zəngin irsi bir çox tədqiqat əsərlərinin mövzusuna çevrilib" - DEPUTAT"Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə xanımın həyat yolu və fəaliyyəti bütövlükdə tibb elminin inkişafına, insan sağlamlığının qorunmasına və cəmiyyətin rifahına yönəlmiş məqsədyönlü və fədakar xidmətin parlaq nümunəsidir. Onun irsi ilə yalnız bir dövrün deyil, bütöv bir elmi məktəbin formalaşması təmin olunmuşdur".

Bu sözləri mətbuata Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, Zərifə xanım gənc həkimlərin yetişdirilməsinə xüsusi diqqət yetirmiş, onların peşəkar formalaşmasına böyük töhfə vermişdir:

.
"Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqaməti oftalmologiya sahəsi olmuşdur. Onun apardığı elmi araşdırmalar, xüsusilə traxoma və qlaukoma kimi geniş yayılmış göz xəstəliklərinin öyrənilməsi, diaqnostikası və müalicəsi istiqamətində mühüm nəticələrlə yadda qalmışdır. Bu sahədə əldə etdiyi nailiyyətlər oftalmologiyanın inkişafına yeni baxış bucağı gətirmişdir.

Zərifə xanım gənc həkimlərin yetişdirilməsinə xüsusi diqqət yetirmiş, onların peşəkar formalaşmasına böyük töhfə vermişdir. Görkəmli alimin rəhbərliyi ilə yetişən oftalmoloqlar bu gün də onun elmi məktəbini uğurla davam etdirir, həmin sahənin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan, onun fəaliyyəti davamlı elmi ənənənin formalaşmasına xidmət etmişdir.

Zərifə xanım Əliyeva elmi fəaliyyəti, yüksək humanizm duyğuları və xeyirxah əməlləri ilə tarixdə silinməz iz qoyan şəxsiyyətlərdəndir. Onun zəngin irsi bir çox tədqiqat əsərlərinin mövzusuna çevrilmişdir".

Vüsalə İbrahimli



Seçilən
21
aia.az

1Mənbələr