AZ

Gürcüstan Avropa İttifaqını ittiham etdi

BAKI, 15 aprel. TELEQRAF

“2024-cü ildə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Gürcüstanla siyasi dialoqun dayandırılması qərarı hakim “Gürcü Arzusu” hökuməti tərəfindən yox, Brüssel tərəfindən verilib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

Nazir xatırladıb ki, Aİ-nin Tbilisidəki səfiri Pavel Gerçinski 2024-cü il iyulun 9-da bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinə məlumat verib.

Boçorişvili əlavə edib ki, Gürcüstan Aİ ilə dialoqu bərpa etməyə hazırdır, amma Brüsselin 2014-cü ildə imzalanmış Assosiasiya Sazişinin həyata keçirilməsi yoluna qayıtması vacibdir.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr