AZ

Zəngəzur dəhlizi zamanın reallığıdır - AÇIQLAMA

Bakı, 15 aprel, AZƏRTAC

Zəngəzur dəhlizi layihəsi bütün iştirakçı tərəflərin və qlobal aktorların maraqlarına uyğun olsa da, bəzi ölkələr xarici siyasət vektorları və ya üçüncü tərəflərin maraqları naminə burada tam əksinə də olmasa da, alternativ həllər yolu ilə bu marşrutun səmərəliliyni şübhə altına almağa meylli siyasət güdürlər.

Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov deyib.

O bildirib ki, dəhliz üzərindəki ölkələrlə həmsərhəd olanlara baxdıqda Türkiyə və türkdilli ölkələr Zəngəzur dəhlizi üçün tam dəstək verdikləri halda, Rusiya, İran və onların təsiri ilə bəzi hallarda Ermənistan üçün Zəngilanı Ordubada birləşdirəcək olan 42 kilometrlik yolun alternativi olaraq qeyri-real marşrutlar təklif olunur, bunların əsaslandırılmasına çalışılır.

“2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış paraflanma sənədinə sadiq qalan Azərbaycanın israrı ilə artıq səkkiz ay müddətində Ermənistan-Azərbaycan sərhəddində faktiki sülh şəraitinin hökm sürməsi və erməni siyasətçilərinin gündəliyindən Qarabağ kəlməsinin çıxarılması buradakı diplomatik masada sülh faktorunu ön plana çıxarır. İstənilən halda ən pis sülhün bütün müharibələrdən yaxşı olduğunu başa düşən, xüsusən hazırki qlobal aktorlar bu faktor qarşısında Zəngəzur dəhlizinin zamanın reallığı olduğunu etiraf edir, müəllifləri olduqları münaqişələrin sonunda yaradılan belə yeni sülhməramlı addımların əhəmiyyətini gec də olsa etiraf edirlər”, - deyə Əli Cabbarov vurğulayıb.

Seçilən
30
1
azertag.az

2Mənbələr