AZ

"Macarıstan hələlik Rusiyadan neft tədarükündən imtina edə bilməz" - Magyar

Macarıstan hələlik Rusiyadan neft tədarükündən imtina edə bilmir, lakin seçkilərdə qalib gələn Tisza Partiyası hökuməti enerji mənbələrini şaxələndirməyə çalışacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Partiya lideri Peter Magyar bildirib: “Biz mənbələrimizi şaxələndirmək, mümkün qədər çox mənbədən və mümkün qədər ucuz qiymətə neft əldə etmək istəyirik... Əlbəttə ki, "Drujba" qalacaq, biz açıq şəkildə bildirmişik ki, Macarıstan indi ondan imtina edə bilməz, istəsə belə, hazırda Rusiya neftindən tamamilə imtina edə bilməz”.

Qeyd edək ki, Drujba boru kəməri ilə Ukrayna ərazisindən keçən Rusiya neftinin tədarükündə yaranan fasilələr səbəbindən Baş nazir Viktor Orban Kiyevə 90 milyard avroluq kreditin verilməsini bloklayıb.

Məlumata görə, 12 apreldə keçirilən parlament seçkilərində Tisza Partiyası 199 mandatdan 138-ni qazanaraq üstünlük əldə edib, Fidesz partiyası isə 55 mandat alıb. Yekun nəticələrin 18 apreldə açıqlanacağı bildirilib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr