AZ

"Bank VTB”nin mənfəəti 47%-dən çox azalıb, şirkətlər 27,4 milyon manatını geri çəkib

BAKI, 15 aprel. TELEQRAF

"Bank VTB (Azərbaycan)”ın 2026-cı ilin birinci rübü üzrə mənfəəti azalıb.

Teleqraf xəbər verir ki, bankın ötən rüb üzrə xalis mənfəəti 1 milyon 730.84 min manat təşkil edib ki, bu da 2025-cü ilin eyni dövrü ilə müqayisədə 47.66%% azdır. Ötən ilin birinci rübündə bankın mənfəəti 3 milyon 306.47 min manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfeli 2025-ci ilin birinci rübündə qeydə alınan 128 milyon 357 min manatdan 108 milyon 634.92 min manata enib (19 milyon 722.08 min manat və ya 15.37% azalma). Hüquqi şəxslərin depozitləri 27 milyon 487.56 min manat və ya 47.41% azalaraq 30 milyon 530.44 min manata enib, fiziki şəxslərin depozitləri isə 78 milyon 104.48 manata yüksəlib (7 milyon 766.48 min manat və ya 11.04% artım).

Bankın öhdəlikləri 2025-ci ildəki 243 milyon 826 min manatdan 212 milyon 92.44 min manata enib (31 milyon 733.56 min manat və ya 13.01% artım).

2026-ci ilin mart ayının 31-nə bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 11.52% artaraq 69 milyon 127.93 manata çatıb.

"Bank VTB (Azərbaycan)”ın aktivləri 323 milyon 965.66 min manat (7.05% azalma), kapitalı isə 111 milyon 873.23 min manata (6.84% azalma) bərabər olub.

Bankın digər banklar və maliyyə institutlarındakı depozitləri 40 milyon manata çatıb, bu isə 33.33% artım deməkdir. Digər banklar və maliyyə institutlarına verilən kreditlər isə 9 milyon 404.10 min manat təşkil edib (0.11% artım).

Seçilən
29
1
teleqraf.com

2Mənbələr