AZ

Bu il Qarabağa nə qədər insan köçüb?


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, işğaldan azad edilənş ərazilərə 31 min 379 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işğaldan azad edilən ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 81 min 449 nəfər olub.
Qeyd edək ki, bu ilin əvvəlində işğaldan azad edilən ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin sayı 26 min 14 nəfər olub. Bu ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı isə 73 min 514 nəfər təşkil edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 3 ayında  işğaldan azad edilən ərazilərə 5 min 365 keçmiş məcburi köçkün qayıdıb.

Elnur Əli
Seçilən
11
1
yeniavaz.com

2Mənbələr