AZ

Bu il Qarabağa nə qədər insan köçüb?

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, işğaldan azad edilənş ərazilərə 31 min 379 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işğaldan azad edilən ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 81 min 449 nəfər olub.

Qeyd edək ki, bu ilin əvvəlində işğaldan azad edilən ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin sayı 26 min 14 nəfər olub. Bu ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı isə 73 min 514 nəfər təşkil edib.

Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 3 ayında  işğaldan azad edilən ərazilərə 5 min 365 keçmiş məcburi köçkün qayıdıb.Elnur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
yeniavaz.com

2Mənbələr