AZ

Bir zamanlar onlar çox aktual idi Şahlar Əsgərov

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“Bu gün ehtiyac olmayan ixtisaslar var ki,  bir zamanlar onlar çox aktual idi. Bu ixtisası seçənlərin sayı da kifayət qədər idi. Ancaq bu gün o ixtisaslara tələbat yoxdur. Çünki bu gün o ixtisaslar aktual deyil».

Bunu Əməkdar elm xadimi, professor Şahlar Əsgərov 525.az-a deyib. Onun sözlərinə görə, dövrə, zamana uyğun ixtisasa, peşəyə yiyələnmək lazımdır. Fikrimcə, gələcəyin ehtiyac duyulan ixtisaslarından biri də nanotexnologiyadır.  Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hazırda qolf dəyənəklərinin, xizək vasitələrinin, avtomobil detallarının, dental implantların gücləndirilməsində və digər sahələrdə istifadə edilir. Gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasında bu texnologiyadan istifadə olunması gözlənilir. Bəşəriyyət hər ötən gün inkişaf edir. Tərəqqi özü ilə birlikdə yeni problemlər gətirir. Həmin məsələləri həll etməkdən ötrü isə yeni ixtisaslar yaranır.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
525.az

1Mənbələr