AZ

Bakı diplomatiyasının uğuru: Azərbaycanın Aİ strategiyası

“Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə ikitərəfli münasibətləri gücləndirməsi bütövlükdə Avropa İttifaqında ölkəmizin çəkisini, nüfuzunu artırır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın hazırda 10 Aİ üzvünü enerji ilə təmin etməsi və yaxın əlaqələr qurması qitənin digər üzvlərinin də Azərbaycana münasibətini müsbət yöndə dəyişir:

“Məlumdur ki, Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliyadır. Yaradılmış qarşılıqlı-iqtisadi əlaqələr İtaliyanın Avropa İttifaqında bir çox məsələlərdə Azərbaycana dəstək verməsinə gətirib çıxarıb. Eyni zamanda Almaniya ilə münasibətlər də gündən-günə yaxşılaşır. Azərbaycan Almaniyanın qazla təminatında iştirak etməyə başlayıb”.

Abulaıb Səmədov: Avropa ilə münasibətlərdə uğurun rolu təkcə Aİ ilə işləməkdən asılı deyil

A.Səmədov qeyd edib ki, Fransa uzun müddət ermənipərəst mövqe tutsa da, onun da davranışında müəyyən müsbət dəyişikliklər hiss olunmaqdadır: “Macarıstan daim Azərbaycana siyasi dəstək verib. Rumıniya və Bolqarıstan Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayırlar. Həmçinin, bu dövlətlər Qara dəniz üzərindən “yaşıl enerji” ötürülməsi layihəsində də iştirakl edirlər. Yunanıstan TANAP və TAP layihələrinin iştirakçısıdır və Balkanlara çıxış üçün mühüm əhəmiyyətə malik dövlətlərdəndir”.

Analitikə görə, Avropa ilə münasibətlərdə uğur qazanmağın rolu təkcə Aİ ilə işləməkdən asılı deyil:

“Həm də onun daxilində fərqli maraqları olan aparıcı ölkələrlə hədəfli və differensial siyasət yürütməkdən ibarətdir. Bu yanaşma Bakıya daha çox manevr imkanı verir və daha geniş iqtisadi fayda qazandırır. Ən əsası siyasi balans yaratmaq imkanı verir”.

Qeyd edək ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb və Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunub. Həmçinin Çexiya şirkətləri üçün imkanlar, təhsil sektoru və Bakıya birbaşa uçuşlar vasitəsilə turizm sahəsində əməkdaşlıq müzakirə edilib.

Əmirbəyov Çexiya mediasına, “CNN Prima News”a müsahibəsində Azərbaycanın Çexiya və ümumən Avropa İttifaqı ilə əlaqələrdən geniş bəhs edib.

Aydın Baxış

Seçilən
18
1
bakivaxti.az

2Mənbələr