AZ

Serbiya ordusu robotlaşdırılacaq

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Serbiya tezliklə silahlı qüvvələrinin robotlaşdırılması strategiyasını təsdiqləyəcək və hərbi dronların istehsalını kəskin şəkildə artıracaq. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib."Bu gün Ali Baş Komandan olaraq robototexnika sahəsində strategiya hazırlamağı və qəbul etməyi təklif etdim. Vəzifəmiz sülhü və sabitliyi qorumaqdır. Yaxın günlərdə silah tədarükü üçün vacib müqavilələr imzalayacağıq. Ordumuz üçün böyük sifarişlər vermişik. İnanıram ki, yaxın gələcəkdə müzakirə etdiyimiz hər şeyi yeni səviyyəyə qaldıracağıq. Silah və avadanlıqların həcmi artır. Bütün sahələrdə inkişaf etməyə davam edəcəyik. Ölkəmizdə dron istehsalında ciddi artım gözləyirəm", - deyə Vuçiç Müdafiə Nazirliyinin və Serbiya Silahlı Qüvvələrinin yüksək vəzifəli rəhbərliyi ilə görüşdən sonra bildirib.Bundan əvvəl Vuçiç Serbiyanın öz ərazisində İsraillə birgə hərbi dron istehsalı müəssisəsi açacağını açıqlamışdı.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
newscenter.az

2Mənbələr