AZ

Gürcüstan XİN rəhbəri Rusiya ilə münasibətlərin bərpasının mümkünlüyündən danışıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan ərazilərinin Rusiyanın işğalı altında olduğu hazırkı vəziyyətdə dəmir yolu nəqliyyatının və ya diplomatik münasibətlərin bərpasından danışmaq mümkün deyil.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili parlamentdə çıxışı zamanı deyib.

Nazir hazırkı şəraitdə Gürcüstanın neytrallığı məsələsindən danışmağın da yersiz olduğunu vurğulayıb.

XİN rəhbərinin sözlərinə görə, Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün diplomatik səviyyədə bütün beynəlxalq təşkilatlarla davamlı iş aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
apa.az

3Mənbələr