Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Başa düşürəm ki, insanlar bunu sevdiklərindən edirlər. Lakin belə olanda mahnı dəyişilə bilər. Mahnının notu dəyişilməməlidir. Hətta tamaşalarda belə bunu edirlər. Belə olmaz, qadağandır. Süni intellektə əmr verəndə desinlər ki, notu dəyişmə".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. O, süni intellektlə mahnılarını dəyişənləri gələcəkdə məhkəməyə verəcəyini və onlardan 50 min manat təzminat tələb edəcəyini bildirib:
"Mənə dedilər ki, müəllif hüququ üçün məhkəməyə müraciət edin. Mən razılaşmadım. Xahiş edirəm, diqqətli olun. Özünüzə nə istəyirsiniz, süni intellektlə yazın, amma mahnılarımızı dəyişdirməyin. Bu mənim bəyənməyimlə bağlı deyil, qanundur. Bəstəkar notu yazıb. Hüquqlar pozulur, olmaz, qadağandır. Kim edəcəksə, başı ağrıyacaq, məhkəmədə cavab verəcək, ən azı 50 min manat təzminat ödəməli olacaq. Özləri bilərlər. Nəinki mənim, bütün bəstəkarların mahnılarını süni intellektlə dəyişməyin. Özünüz üçün nəsə etmək istəyirsinizsə, edin.
Hər yerdə belə mahnılardan istifadə edirlər, sonra da özlərini “bəstəkar” adlandırırlar. Ona görə indi ki, ailələr də sünidir, evlənirlər, boşanırlar. O qədər bəstəkarlarımızın əsərləri var ki, bundan sonra belə mahnılar yazılmasa belə ehtiyac yoxdur. Yazırsansa, yaxşı yaz. Yaza bilmirsənsə, get hansısa bəstəkarın mahnısını götür, aranjiman et, oxu. Gündə, ayda bir mahnı çıxarmaqla nə demək istəyirsiniz? Qorxularından hər ay yeni mahnı çıxarırlar. Bəstəkarlarımız unudulub gedir".
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.