AZ

Türkiyə ABŞ ilə Rusiyanı kölgədə qoyacaq silah təqdim etdi video

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN yaxın məsafəli tank əleyhinə KARAOK raket sisteminin sınaqlarını uğurla başa çatdırıb.

Modern.az xəbər verir ki, dörd fərqli ssenari üzrə həyata keçirilən buraxılışların hamısı hədəfi dəqiqliklə vurub ki, bu da sistemin yüksək döyüş qabiliyyətini bir daha təsdiqləyib.

Sınaqlar zamanı KARAOK-un “at və unut” prinsipi ilə işlədiyi nümayiş olunub. Bununla yanaşı, raketin zirehi deşən tandem döyüş başlığının effektivliyi də praktiki şəkildə sübut edilib. Bildirilir ki, sistem həm çox yaxın məsafədən – təxminən 76 metrdən, həm də maksimal döyüş məsafəsinə yaxın – 2500 metrədək aralıqda yüksək dəqiqliklə hədəfləri məhv edə bilir.

Qeyd olunur ki, KARAOK funksional xüsusiyyətlərinə görə ABŞ istehsalı FGM-148 Javelin və Rusiya istehsalı 9M133 Kornet tank əleyhinə raket komplekslərinə bənzər imkanlara malikdir. Bu isə Türkiyənin yerli müdafiə sənayesində növbəti mühüm texnoloji nailiyyət kimi qiymətləndirilir.

Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN yaxın məsafəli tank əleyhinə KARAOK raket sisteminin sınaqlarını uğurla başa çatdırıb. Modern.az xəbər verir ki, dörd fərqli ssenari üzrə həyata keçirilən buraxılışların hamısı hədəfi dəqiqliklə vurub ki, bu da sistemin yüksək döyüş qabiliyyətini bir daha təsdiqləyib. Sınaqlar zamanı KARAOK-un “at və unut” prinsipi ilə işlədiyi nümayiş olunub. Bununla yanaşı, raketin zirehi deşən tandem döyüş başlığının effektivliyi də praktiki şəkildə sübut edilib. Bildirilir ki, sistem həm çox yaxın məsafədən – təxminən 76 metrdən, həm də maksimal döyüş məsafəsinə yaxın – 2500 metrədək aralıqda yüksək dəqiqliklə hədəfləri məhv edə bilir.

Qeyd olunur ki, KARAOK funksional xüsusiyyətlərinə görə ABŞ istehsalı FGM-148 "Javelin" və Rusiya istehsalı 9M133 "Kornet" tank əleyhinə raket komplekslərinə bənzər imkanlara malikdir. Bu isə Türkiyənin yerli müdafiə sənayesində növbəti mühüm texnoloji nailiyyət kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
modern.az

1Mənbələr