AZ

Əhalinin borc yükü artacaq: NİYƏ?

Bu il yanvarın 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən il yanvarın 1-i ilə müqayisədə 0,4 faiz bəndi artaraq 18,4 % olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. "Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. 

Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir", - deyə hesabatda qeyd olunub. Borc yükünün artmasının əsas səbəbi nədir? Əhalinin gəlirlərimi azalıb, faizlərmi artıb?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, borc yükünün artması faizlərin artması ilə bağlı deyil:

“Bu, məhz əhalinin gəlirlərinin azalması, xərclərinin, yəni qiymətlərin artması ilə bağlıdır. Bu tendensiya getdikcə tədricən güclənəcək. 

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan da görünür ki, Azərbaycan ciddi tənəzzülə qədəm qoyub”.

Seçilən
14
cebheinfo.az

1Mənbələr