AZ

Britaniya Ukraynaya 120 min PUA göndərəcək

Britaniya Ukrayna-ya 120 min PUA göndərəcək

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi Berlində keçiriləcək “Ramştayn” formatlı görüş ərəfəsində məlumat verib. Rəsmi açıqlamada bildirilir ki, bu, Ukraynaya indiyədək edilən ən böyük dron tədarükü olacaq və il ərzində ən azı 120 min PUA göndəriləcək.

Qeyd olunur ki, London Kiyevə müxtəlif təyinatlı pilotsuz sistemlər təqdim edəcək:

uzaqmənzilli zərbə dronları

kəşfiyyat (müşahidə) PUA-ları

logistika məqsədli dronlar

dəniz platformaları üçün nəzərdə tutulan pilotsuz vasitələr

Bu texnikanın böyük hissəsi Tekever, Windracers və Malloy Aeronautics kimi Britaniya şirkətləri tərəfindən istehsal olunacaq.

Məlumata görə, yeni partiyanın tədarükünə artıq cari ay başlanılıb. Bununla yanaşı, Böyük Britaniya Ukraynaya yüz minlərlə artilleriya mərmisi də göndərməyi planlaşdırır.

Daha əvvəl mediada yayılan xəbərlərdə bildirilib ki, Ukrayna ilə Almaniya arasında da təxminən 4 milyard avro dəyərində yeni müdafiə paketi razılaşdırılıb.

Bu addım Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyinin davam etdiyini və xüsusilə müasir texnologiyalara – o cümlədən pilotsuz sistemlərə – artan üstünlük verildiyini göstərir.

Seçilən
14
ikisahil.az

1Mənbələr