AZ

Qalstanyan və Mehdiyevin gizli çevriliş planı Komanda hansı mərkəzdən verilib?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanda “Müqəddəs hərəkat”ın lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində “düşmən ölkəyə hücum və 150–250 min mülki şəxsin ələ keçirilməsi” ilə bağlı planı əks etdirən sənəd aşkar edilib. Bu 250 min adamın azərbaycanlılar olduğu ehtimal edilir.

Maraqlıdır ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin də evindən belə məxfi sənəd tapılmışdı. Düzdür, Mehdiyevin planında “düşmən ölkəyə hücum” detalı yoxdur, amma dövlətin konstitusion quruluşunu dəyişdirmək cəhdi o sənəddə açıq görünür.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Cənubi Qafqazda baş verən son hadisələr artıq təsadüfi epizodlar kimi deyil, vahid strateji xətt üzrə idarə olunan təhlükəli ssenarinin tərkib hissəsi kimi qiymətləndirilməlidir:

“Ermənistan daxilində “Müqəddəs hərəkat”ın lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində aşkar edilən sənəd bu baxımdan sadəcə hüquq-mühafizə faktı deyil, açıq şəkildə terror mahiyyətli planın mövcudluğunu ortaya qoyur. Sənəddə “düşmən ölkəyə hücum” və “150–250 min mülki şəxsin ələ keçirilməsi” kimi müddəaların yer alması, artıq klassik hərbi qarşıdurmadan deyil, genişmiqyaslı girov siyasətindən və etnik zorakılıqdan xəbər verir. Bu, beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə meydan oxumaqla yanaşı, faktiki olaraq, soyqırım cinayətlərinə hazırlıqdır.

Çünki burada söhbət təkcə hərbi-strateji məqsədlərdən deyil, etnik əsaslı təzyiq və kollektiv cəza mexanizmlərindən gedir. Belə yanaşma regionda artıq tarixə qovuşduğu düşünülən dəhşətli müharibə cinayətlərinin, terrorizm və vandalizm metodlarının yenidən gündəmə gətirilməsi deməkdir. Bu isə Ermənistan daxilində müəyyən dairələrin hələ də revanşist və destruktiv ideologiyadan imtina etmədiyini açıq şəkildə göstərir.

Bir müddət öncə Ramiz Mehdiyevin evində aşkar edilən və dövlətin konstitusion quruluşunu dəyişdirməyə yönəlmiş plan da eyni dərəcədə ciddi təhlükə indikatorudur. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, bu ssenari birbaşa hərbi müdaxiləni nəzərdə tutmasa da, dövlətin daxildən zəiflədilməsi, institutların iflic vəziyyətinə salınması və nəticə etibarilə idarəolunmaz xaosun yaradılması məqsədini güdür. Bu isə müasir hibrid müharibə konsepsiyasının klassik elementidir”.

Deputat deyib ki, bu iki fərqli istiqamətli plan eyni strateji məqsədə xidmət edir:

Elçin Mirzəbəyli

“Məqsəd Cənubi Qafqazda yeni qarşıdurma ocağı yaratmaq, Azərbaycan–Ermənistan arasında formalaşmaqda olan sülh gündəliyini iflic etmək və regionu yenidən geosiyasi manipulyasiya meydanına çevirməkdən ibarətdir.

Burada artıq “təsadüf” anlayışı tamamilə sıradan çıxır. Çünki müəyyən zaman fərqi ilə aşkarlanan hər iki ssenarinin zamanlaması, məzmunu və hədəfləri arasında paralellər açıq şəkildə görünür. Ermənistan daxilində kilsə və radikal millətçi çevrələrin aktivləşdirilməsi, Azərbaycanda isə daxili siyasi sabitliyə yönəlmiş planların üzə çıxması, klassik “parçala, hökm sür” strategiyasının yeni fazaya keçdiyini göstərir.

Burada məqsəd çox güman ki, iki istiqamətdə paralel zərbə vurmaqdan ibarət olub. Bir tərəfdən sərhədlərdə eskalasiya potensialını artırmaqla hərbi gərginlik yaratmaq, digər tərəfdən isə daxildə siyasi sabitliyi sarsıtmaqla dövlətin müqavimət qabiliyyətini zəiflətmək məqsədi güdüb. Ssenarinin gedişatına uyğun olaraq, hər iki xəttin kəsişdiyi nöqtədə isə, “neoimperialist Şimal”ın klassik idarəolunan böhran modeli formalaşdırılmalı, bu model isə xarici təsir mərkəzinə region üzərində nəzarəti yenidən bərpa etmək imkanı verməliydi…

Azərbaycanın son illərdə formalaşdırdığı müstəqil siyasət kursu, ərazi bütövlüyünü təmin etməsi və post-münaqişə dövründə sülh təşəbbüsləri ilə çıxış etməsi, Bakı ilə İrəvan arasında ənənəvi “arbitr” olmadan yaranan birbaşa təmas bəlli qütbün maraqları ilə üst-üstə düşmür. Çünki sülh və sabitlik xarici manipulyasiya imkanlarının daralması təzyiq mexanizmlərinin sıradan çıxması deməkdir. Məhz buna görə də regionda süni gərginlik ocaqları yaratmaq, revanşist qüvvələri stimullaşdırmaq və daxili siyasi riskləri artırmaq cəhdləri müşahidə olunur.

Ortada olan faktlar bir daha sübut edir ki, Cənubi Qafqazda mübarizə, çoxşaxəli və koordinasiyalı hibrid müharibə formatında aparılır. Bu mübarizədə əsas hədəf isə təkcə ərazilər deyil, dövlətlərin siyasi sabitliyi və gələcək inkişaf trayektoriyasıdır.

Btövlükdə isə regionda sülhə qarşı yönəlmiş planlar fərqli coğrafiyalarda yazılsa da, onların müəllifi və məqsədi demək olar ki, eynidir”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
globalinfo.az

1Mənbələr