AZ

Estoniya Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklərin yeni mərhələsinə başlayıb

Estoniya Silahlı Qüvvələri Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər qazmağın yeni mərhələsinə başlayıb.

Herbiand.az bildirir ki, bu barədə ERR teleradioşirkəti xəbər verib.

“Estoniya Müdafiə Qüvvələrinin 2-ci piyada briqadası Setomaa kəndinin cənub-şərq sərhədi boyunca tank əleyhinə xəndəklər qazmağa başlayıb”, - teleradioşirkəti qeyd edib.

Bildirilib ki, təxminən 20 kilometr uzunluğunda xəndəklər əsasən özəl torpaqlarda qazılacaq. Bu, müdafiə istehkamının tikintisinin yeni mərhələsidir. Birinci mərhələ sərhəd xətti boyunca xəndəklər qazmaqdan ibarət idi.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
35
herbiand.az

1Mənbələr