İrana qarşı əməliyyat zamanı təxminən 400 ABŞ əsgəri yaralanıb.
Vətəninfo.az CBS News-ə istinadən xəbər verir ki , bu barədə ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi bildirib .
“Döyüşlər zamanı 399 hərbçi yaralanıb. Onlardan 354-ü xidmətə qayıdıb”, – deyə açıqlamada bildirilir.
Onun sözlərinə görə, hazırda üç əsgərin vəziyyəti ağırdır.
Bundan əvvəl İranın Küveytdəki hərbi bazaya hücumundan sağ çıxan amerikalı hərbçilər Pentaqonu yalan danışmaqda ittiham etmişdilər .