AZ

Moldova MDB-dən rəsmən çıxacaq - TARİX

Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxma prosesi 2027-ci ilin aprelində rəsmən yekunlaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mixay Popşoi məlumat verib.

O bildirib ki, Prezident Maya Sandu parlamentin MDB çərçivəsindəki sazişlərin ləğvi ilə bağlı qərarlarını təsdiqlədikdən sonra rəsmi prosedur işə düşüb:

"Aprelin 8-də birliyin Minskdəki katibliyinə müvafiq bildiriş göndərilib. Biz artıq bildirişin daxil olması barədə təsdiq almışıq. Beləliklə, 2027-ci ilin aprelində respublika rəsmi olaraq MDB-ni tərk etməlidir".

Seçilən
23
5
bakivaxti.az

7Mənbələr