AZ

Gürcüstan Aİ-yə inteqrasiya məsələsində “ədalətsiz yanaşma”dan şikayət edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili parlamentdə çıxışı zamanı bildirib ki, ölkənin mürəkkəb geosiyasi vəziyyəti və təhlükəsizlik çağırışları fonunda xarici siyasət addımları son dərəcə ehtiyatla atılmalıdır. Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olmayana qədər qurumun xarici siyasəti ilə tam uyğunlaşması çətin olacaq.

Nazir vurğulayıb ki, milli maraqlara zərər verəcək addımlar yalnız statistik göstəriciləri yaxşılaşdırmaq naminə atılmayacaq.

Boçorişvili həmçinin qeyd edib ki, Avropa İttifaqının 2022-ci ilin iyununda Ukrayna və Moldovaya namizəd statusu verib, Gürcüstana verməməsi "ədalətsiz qərar" olub və bu addım ölkədə siyasi qütbləşməni artırıb. Onun fikrincə, həmin qərarı əsaslandıran nə geosiyasi, nə də praktik səbəblər mövcud idi.

Nazir Avropa Parlamentinin 2022-ci ildən bəri Gürcüstanla bağlı qəbul etdiyi qətnamələri də "qərəzli və ədalətsiz" adlandırıb. O əlavə edib ki, Aİ ilə siyasi dialoqun zəifləməsi də məntiqsizdir və tərəflər arasında nəzərdə tutulan əməkdaşlıq mexanizmləri faktiki olaraq dayanıb.

Boçorişvili bildirib ki, buna baxmayaraq, Gürcüstan beynəlxalq platformalar və ikitərəfli əlaqələr vasitəsilə milli maraqlarını qorumağa davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr