AZ

“Kapital Bank” 120 milyon manat xalis mənfəət əldə edib

Sektorun ikinci ən iri bankı “Kapital Bank” ASC2026-cı ilin ilk rübündə 120.17 mln. manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 118.96% artım deməkdir.

Banker.az xəbər verir ki, ümumi kreditlər 5.47 mlrd. manat olmaqla 2.41% artıb.

Bankın kredit portfeli 4.81 mlrd. manat təşkil edib və illik müqayisədə 1.3% artıb. Kreditlərin strukturunda istehlak kreditləri 3.16 mlrd. manata yüksələrək 4.96% artıb, biznes kreditləri 1.73 mlrd. manat olub və 0.45% artım göstərib, daşınmaz əmlak kreditləri isə 579.93 mln. manata enərək 4.58% azalıb.

Cəmi aktivləri 2026-cı ilin ilk rübünün sonuna 11.8 mlrd. manat təşkil edib.və illik müqayisədə 5.20% azalıb. Aktivlərin strukturunda nağd vəsaitlər 2.65 mlrd. manata enərək 25.30% azalıb, ticarət və investisiya qiymətli kağızları (o cümlədən əks-repo əməliyyatları) 2.15 mlrd. manat olub və 30.1% azalıb. Eyni zamanda, banklar və digər maliyyə institutlarındakı depozitlər 1.03 mlrd. manata yüksələrək kəskin, 942.5% artım nümayiş etdirib.

“Kapital Bank”ın istiqraz və qiymətli kağızlar portfeli ilk rübdə 30.1% azalma ilə 2.15 mlrd. manat təşkil edib.

Öhdəliklər 10.51 mlrd. manat səviyyəsində formalaşıb ki, bu, illik müqayisədə 8.15% azalıb. Depozit portfeli 8.5 mlrd. manata enərək 5.65% azalıb. Bunun tərkibində fiziki şəxslərin depozitləri 3.32 mlrd. manata yüksələrək 5.15% artıb, hüquqi şəxslərin depozitləri isə 5.18 mlrd. manata düşərək 11.46% azalıb. Kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəliklər 956.51 mln. manata enərək 38.86% azalıb, buraxılmış borc qiymətli kağızları isə 110 mln. manata çataraq 10% artıb.

Bankın kapitalı 1.29 mlrd. manat təşkil edib və illik müqayisədə 28.33% artıb. Bölüşdürülməmiş mənfəət 940.5 mln. manata yüksələrək 43.76% artım nümayiş etdirib.

Seçilən
27
banker.az

1Mənbələr