ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov dünənə qədər dörd FİFA referisindən üçünün yanlış qərarlar verdiyini etiraf etmişdi.Xatırladaq ki, bunlar Əliyar Ağayev, Elçin Məsiyev və Kamal Umudlu idi. Bilindiyi kimi, Ağayev ölkə kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” – “Zirə”, Məsiyevlə Umudlu isə uyğun olaraq, Misli premyer-liqasının 26-cı turunda keçirilən “Zirə” – “Şamaxı” və “Sumnqayıt” – “Neftçi” qarşılaşmalarında səhv qərarlar qəbul etmişdi. Ümid gənc olsa da, premyer-liqa oyunlarında özünü yaxşı tərəfdən göstərən və qısa müddətdə FİFA-nın etimadını qazanan Tural Qurbanova idi. Heç şübhəsiz, ədalət təmsilçisi məhz bu üzdən 27-ci turun mərkəzi oyununda – “Sabah” – “Zirə” matçında iş başında oldu. Və dünən Rəhim Həsənov mübahisəli epizodları şərh edərkən ortaya çıxdı ki, Tural da yanlış qərar verib. Belə ki, o, 43-cü dəqiqədə “Sabah”ın futbolçusu Akim Zedadkanın “Zirə”nin oyunçusu İssa Cibrilaya qarşı kobud oyununa görə “bayquşlar”ın üzvünə sarı vərəqə göstərməli olsa da, ümumiyyətlə, qayda pozuntusunu qeydə almayıb.Beləliklə, daha bir FİFA referisi ifşa olundu. Bu o deməkdi ki, Rəhim Həsənov qısa müddətdə artıq bütün FİFA referilərində səhv tapıb. Daha bir güvəndiyimiz dağa qar yağdı. Artıq əcnəbi hakimlərin dəvət edilməsi labüd olmalıdı. Əks halda, etiraz dalğası futbol ictimaiyyətinin ədalət carçılarına olan inamını yuyub aparacaq...KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.