AZ

Sahibkar Rusiya və Kipr vətəndaşlığından imtina edir

Yazını böyüt
Yazını kiçilt

Erməniəsilli rusiyalı sahibkar, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan məhkəmə iclasında Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını bəyan edib.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Karapetyan bildirib ki, o, Ermənistan vətəndaşıdır və qarşıdan gələn parlament seçkisində qalib gəlməyi planlaşdırır:

"Partiya lideri olduğum üçün seçkidə iştirak edəcəyəm və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamışam".

Qeyd edək ki, bu gün Samvel Karapetyanın işi üzrə ilk məhkəmə iclası başlayıb. Sahibkar 2025-ci ilin iyununda din xadimləri ilə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra saxlanılıb. İş adamı ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bunu siyasi təzyiq adlandırıb. 2025-ci il dekabrın sonunda məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Seçilən
13
1
hafta.az

2Mənbələr