Moskvada bir şəxs lotereya biletində heç bir rəqəmi düzgün seçmədən 33 milyon (təxminən 712 min manat) rubl udub.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, hadisə martın 16-da keçirilən “Hər şey və ya heç nə” lotereyasında qeydə alınıb.
Oyunun qaydalarına əsasən, iştirakçılar ya 24 rəqəmdən 12-ni düzgün tapmaqla, ya da ümumiyyətlə heç birini tutdurmamaqla qalib gələ bilirlər. Həmin tirajın supermükafatı 33,298 milyon rubl təşkil edib.
Uğur Moskva sakini Roman T.-yə nəsib olub. O, seçimlərini adətən ya təsadüfi qaydada etdiyini, ya da əvvəlki tirajlarda tez-tez çıxan rəqəmlərə üstünlük verdiyini bildirib.