
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin sona çatmaq üzrə olduğunu bildirib.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
O, həmçinin Britaniya kral ailəsinin aprelin sonunda ABŞ-yə dövlət səfərindən əvvəl razılaşmanın əldə edilə biləcəyini də irəli sürüb.
"27-30 aprel tarixlərinə planlaşdırılan Kral III Çarlz və Kraliça Kamillanın səfərindən əvvəl razılaşmanın əldə edilməsi tamamilə mümkündür",-Tramp bildirib.Daha əvvəl ABŞ-nin vitse-prezidenti J.D. Vens bildirmişdi ki, ABŞ-nin İranla danışıqlarda məqsədi nəticə etibarilə ikitərəfli iqtisadi münasibətlərin normallaşmasına gətirib çıxaracaq bir razılaşmaya nail olmaqdır.
İlahə Qənbərli
Missiya.Az