AZ

Yer kürəsində geomaqnit pozuntuları proqnozlaşdırılır

Günəş səthində əmələ gələn tac dəliyi ilə əlaqədar olaraq, aprelin 18-dən 19-dək Yerin maqnit sahəsində müəyyən dalğalanmaların olacağı gözlənilir.

AzEdu.az xəbər verir ki, müvafiq məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna məxsus Günəş astronomiyası laboratoriyası, həmçinin qurumun Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu paylaşıb.

Qurumun açıqlamasında bildirilir ki, həftəsonu kosmik hava dəyişikliklərinə həssas olan şəxslər üçün narahat keçə bilər.

Bununla yanaşı, ekspertlər vurğulayıblar ki, qlobal miqyasda "kosmik sakitlik" fazası öz davamlılığını qoruyur.

Seçilən
10
azedu.az

1Mənbələr