AZ

190 milyonluq ulduz DÇ 2026 dan kənarda qaldı VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin “Liverpul” futbol komandasının hücumçusu Uqo Ekitike ağır zədə alaraq komandasını çətin vəziyyətdə qoyub.

İdman.Biz “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, fransalı forvard Çempionlar Liqasının 1/4 finalında PSJ-yə qarşı keçirilən matçda sağ ayaq vətərini qırıb.

İlkin müayinəyə görə, zədə səbəbindən doqquz ay oynamayacağı gözlənilən Ekitike 2027-ci ilin əvvəlinə qədər sıradan çıxıb. Bu isə o deməkdir ki, o, DÇ-2026-da iştirak edə bilməyəcək.

Ötən yay “Liverpul”un 95 milyon avroya (190 milyon AZN) transfer etdiyi hücumçu bu mövsüm 44 oyunda 17 qol və altı ötürmə ilə məhsuldarlıq göstərmiş və Fransa yığmasının əsas oyunçularından birinə çevrilmişdi.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr