AZ

Macarıstan Rusiya neftindən imtina edə bilməz:Magyar

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Drujba" boru kəməri ilə Rusiya neftinin tədarükü Macarıstan üçün son dərəcə vacibdir və Budapeşt ümid edir ki, Ukrayna aprelin sonuna qədər vəd etdiyi kimi fəaliyyətini bərpa edəcək. Newscenter.az TASS-a istinadən bildirir ki, bunu 12 aprel parlament seçkilərində qalib gələn Macarıstanın "Tisza" partiyasının lideri Peter Magyar bildirib."Bu, çox vacibdir və Macarıstan indi sadəcə bundan imtina edə bilməz", - deyə o, "Kossuth" radiosunda çıxış edərkən deyib.Magyar Ukrayna prezidenti Volodimir Zelenski ilə bu barədə müzakirə etmək üçün vaxtının olub-olmadığı ilə bağlı suala cavab olaraq hələ bunu etmədiyini bildirib:"Mən hələ baş nazir olmamışam. Baş nazir Viktor Orbanın onunla danışmaq üçün hər cür imkanı və hüququ var", - Tisza lideri bildirib. Qeyd edək ki, onun may ayının əvvəlində keçiriləcək yeni parlamentin ilk iclasında Macarıstan hökumətinin başçısı seçiləcəyi gözlənilir.Anar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
newscenter.az

1Mənbələr