AZ

Mərkəzi Bank Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaşlarla görüşlərin keçirilməsi mühüm yer tutur.

AMB-dən AZƏRTAC-a bildirilib ki, növbəti səyyar görüş aprelin 20-də Şəki şəhərində keçiriləcək. Görüş Qax, Zaqatala, Qəbələ, Oğuz, Balakən, Şəki inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.

Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
azertag.az

3Mənbələr