AZ

Azərbaycanda bəzi hallarda sudan istifadəyə görə yeni ödənişlər müəyyən edildi

Bakı. Trend:

Nazirlər Kabineti su obyektlərindən xüsusi məqsədlər üçünistifadə ilə bağlı ödənişləri təsdiqləyib.

Trend xəbərverir ki, yeniliklər 2026-cı il sentyabrın 1-dənqüvvəyə minəcək.

Yeni qaydalara görə, suyun istifadəsi məqsədindən və mənbəyindənasılı olaraq fərqli tariflər tətbiq olunacaq.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlıödənişlərin məbləğləri aşağıdakı kimi olacaq:

Sıra

№-si

Su obyekti

Su obyektlərindən istifadənin xüsusi məqsədləri

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlıödəmələr

(manatla)

götürülən 1 m3 suya görə

axıdılan 1 m3 tullantı suyuna görə

İstifadə edilən 1 m2 su akvatoriyasına görə

(gündəlik)

1.

Xəzər dənizi (liman akvatoriyası istisna olmaqla)

məişət

0,01

sənaye

0,004

0,01

energetika

0,00001

kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xəttisahəsinə görə)

0,0001

0,0004

2.

Çaylar və göllər

içməli su və məişət

0,01

0,01

sənaye

0,04

0,04

kənd və meşə təsərrüfatı

0,001

energetika

0,00001

kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xəttisahəsinə görə)

0,0001

0,0005

balıqçılıq, o cümlədən akvakultura

0,0001

0,0004

3.

Yeraltı sular

içməli su və məişət

0,1

müalicə, kurort və sağlamlaşdırma

0,3

sənaye

0,4

balıqçılıq, o cümlədən akvakultura

0,0002

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakıməqsədlərlə götürülən suya görə ödəniş tutulmur:

  • Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş suilə təmin edilməsi;
  • Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli sutəchizatı;
  • “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrikenerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olansu obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etməkməqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər subioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texnikiqurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsizistifadə edirlər.

Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarındaöz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyiolmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını vəistismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsustorpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəyə görəödənişlərdən azaddırlar.

Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü suobyektlərindən götürülən su istifadə edildikdən sonra drenajsistemlərinə axıdıldıqda yuxarıdakı cədvəllə müəyyən edilmiş ödəniş10 əmsal tətbiq edilməklə hesablanacaq.

Tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməkləmüəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinəaxıdıldıqda, yuxarıdakı cədvəllə müəyyən edilmiş ödənişlər0,7 əmsal tətbiq edilməklə hesablanacaq.

Seçilən
8
10
az.trend.az

10Mənbələr