Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 15-də sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat fraksiyasının toplantısında çıxış zamanı İsrailə və bu ölkənin Baş naziri Benyamin Netanyahuya qarşı sərt bəyanatlar səsləndirib.
“Yeni Sabah”ın xəbərinə görə, R.T.Ərdoğan iclasda regional proseslər və İsrailin Qəzza siyasətinə dair mühüm mesajlar verib.
Özünü və Türkiyəni hədəf alan İsrail rəsmilərinə cavab verən dövlət başçısı rəsmi Ankaranın nümayiş etdirdiyi qətiyyətli mövqeyi bir daha vurğulayıb:
“Şəxsən məni və ölkəmizi hədəf alan körpə qatillərinə bəzi gerçəkləri təkrar xatırladıram: Türkiyə Cümhuriyyəti sıradan bir dövlət deyil. Heç bir güç Türkiyəyə və Türkiyə Prezidentinə barmaq silkələyə bilməz”.
R.T.Ərdoğan son günlər Hörmüz boğazı və İran ətrafında artan hərbi gərginliyə toxunaraq, İsrail rəhbərliyinin atəşkəsi pozmağa çalışdığını vurğulayıb:
“Regionda sülh olacaqsa, bu, sionist rejimə rəğmən baş tutacaq. Atəşkəsdən məmnun olmadığı bilinən İsrail hökumətinin provokasiya cəhdlərinə icazə verilməməlidir. Müzakirələr sıxılmış yumruqlarla aparıla bilməz”.
Nazim Hacıyev
Telegram kanalımız