AZ

İşəgötürənlərin fasiləsiz iş qrafiki tətbiq etməsi qanunvericiliyə nə qədər uyğundur? VƏKİL AÇIQLADI

Sia Az saytına istinadən ain.az xəbər verir.

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, nikahın pozulması qaydası tərəflərin vəziyyətindən asılı olaraq fərqlənir. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda və hər iki tərəf nikahın pozulmasına razıdırsa, nikaha onların birgə müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Bu halda proses inzibati qaydada həyata keçirilir və mediasiyaya müraciət tələb olunmur”.

Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.

O bildirib ki, lakin ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya tərəflərdən biri nikahın pozulmasına razı olmadıqda, nikah yalnız məhkəmə qaydasında pozulur:

“Bu kateqoriyadan olan mübahisələr ailə münasibətlərindən irəli gəldiyi üçün “Mediasiya haqqında” Qanunun tələbləri tətbiq edilir. Həmin qanuna əsasən, məhkəməyə müraciət etməzdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Mediasiya mərhələsi məcburi xarakter daşıyır və bu tələbə əməl olunmaması hüquqi nəticələr yaradır. Belə ki, Mülki Prosessual Məcəlləyə uyğun olaraq, mediasiyada iştirak edildiyini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmadıqda, məhkəmə iddianı geri qaytarır. Bu isə əlavə vaxt itkisinə və prosedurun uzanmasına səbəb olur.

Nəticə etibarilə, yalnız tərəflərin razılığı və yetkinlik yaşına çatmayan uşaqların olmaması halında mediasiya tələb olunmur. Digər bütün hallarda isə boşanma üçün məhkəməyə müraciətdən əvvəl mediasiya mərhələsindən keçmək qanunvericiliyin tələbidir”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
sia.az

2Mənbələr