AZ

“Turan Tovuz”un müdafiəsi dağılır? Hakman üçün səssiz savaş

ain.az bildirir, sport24.az portalına istinadən.

"Turan Tovuz" klubu aparıcı futbolçusu Emmanuel Hakmanı itirmək təhlükəsi ilə üzləşib.Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Tovuz təmsilçisi 30 yaşlı müdafiəçiyə yeni müqavilə təklif edib. Lakin toqolu oyunçu bir sıra klublardan da təkliflər alıb.Maraqlananlar arasında "Zirə"nin də olduğu bildirilir. Buna baxmayaraq, "Turan Tovuz" rəhbərliyi afrikalı futbolçunu komandada saxlamaq üçün danışıqları davam etdirir.Hakman özü də bölgə klubunda qalmağa meyillidir. Ancaq yekun qərar verməzdən əvvəl ona gələn digər təklifləri də dəyərləndirmək niyyətindədir.Qeyd edək ki, Emmanuel Hakman 2023-cü ildən "Turan Tovuz"un formasını geyinir. Onun mövcud müqaviləsi bu yay başa çatır. Təcrübəli müdafiəçi cari mövsüm Misli Premyer Liqasında keçirilən 27 turun hamısında meydanda olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
sport24.az

1Mənbələr