AZ

Moldova MDB-dən çıxır – Tarix məlum oldu


“Moldova 2027-ci ilin aprelində MDB-dən rəsmi olaraq çıxacaq; Minskə artıq bildiriş göndərilib”.
Yeniavaz.com
xəbər verir ki, bunu xarici işlər naziri Mixay Popşoy jurnalistlərə bildirib.
“Razılaşmaları ləğv etmək barədə qərarlar imzalandıqdan sonra, 8 apreldə Minskdəki katibliyə bildiriş göndərildi və biz onun alınması barədə təsdiq aldıq; respublikanın 2027-ci ilin aprelində MDB-dən rəsmi olaraq çıxması planlaşdırılır”, - nazir bildirib.
Qeyd edək ki, mart ayında Moldova parlamenti MDB-nin təsis müqaviləsini və təşkilatın nizamnaməsini ləğv etmək üçün təkliflər hazırlamaq üçün ilkin razılıq verib. Xarici işlər naziri Mixay Popşoy ölkənin təşkilatdan rəsmi şəkildə çıxmasının bir ildən bir qədər çox vaxt aparacağını bildirib.
Seçilən
10
yeniavaz.com

1Mənbələr