AZ

Azərbaycandan Ermənistandakı seçkilərlə bağlı açıqlama

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çexiyaya işgüzar səfər edib. 

Modern.az-ın məlumatına görə,  o, səfər çərçıvəsində keçirdiyi görüşlərdə Azərbaycan - Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib.

Prezidentin köməkçisi cari il ərzində Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb.

Çexiya tərəfi Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini vurğulayıb. (Report)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
modern.az

2Mənbələr