AZ

"Uşağa "yox" demək kifayət deyil" - Loqopeddən ÇAĞIRIŞ

"Aktiv həyat tərzi yuxu, düzgün qidalanma və fiziki tərbiyədən ibarətdir. Bunlara erkən dövrdən başlanarsa, ümumilikdə insanın həyatında inkişaf daha intensiv olur, o daha fiziki aktiv və iş fəaliyyətində daha məhsuldar olur. Uşaqlarda isə bu təsir daha qabarıq şəkildə özünü göstərir".

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova bildirdi.

O vurğuladı ki, valideynlər intizamı yalnız “yox” sözü ilə əlaqələndirməməlidir:

""Yox" sözünün də öz yeri var, lakin əsas məsələ uşağın rejiminin formalaşdırılmasıdır. Uşaq gec saatlara qədər oyaq qalmamalıdır. Ümumiyyətlə, uşağın gecə saat 10-dan gec yatması düzgün deyil. Bəzən valideynlər deyir ki, saat 11-dir, uşaq yatmır. Düzgün rejim olduqda uşaq bu saatdan xeyli əvvəl yatmağa hazır olur. Valideyn bu mərhələdə uşağa kitab oxuya və ya yaşına uyğun hekayə danışaraq onu yuxuya hazırlaya bilər. Yuxu uşaq üçün çox önəmlidir. Gün ərzində aldığı informasiyanı beyin məhz yuxu zamanı emal edir və bu proses nitqə, yaddaşa və diqqətə müsbət təsir göstərir".

NURİYYƏ 

Seçilən
5
redaktor.az

1Mənbələr