AZ

Autizmli uşağın nitqi tam bərpa oluna bilərmi? - AÇIQLAMA

"Autizmli uşağın nitqi tam bərpa olunması uşağın potensialından asılıdır. Əlbəttə, belə hallar var. Elə potensiallı uşaqlar olur ki, onların nitqi tam şəkildə yaşıdları səviyyəsinə çatır".

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova dedi.

Loqoped bildirdi ki, autizm təkcə kommunikasiya ilə məhdudlaşmır:

"Burada sosiallaşma, emosional vəziyyət və davranış faktorları da mühüm rol oynayır. Bəzən müşahidə olunur ki, uşağın kommunikasiya bacarıqlarında heç bir problem qalmır, lakin davranışında və sosial sahədə autizmə xas müəyyən xüsusiyyətlər qalır. Loqopedik baxımdan yanaşdıqda isə müsbət nəticələr çoxdur. Minlərlə uşaq var ki, loqopedə müraciətdən sonra onların kommunikativ funksiyalarında və ya nitq qüsurlarında heç bir problem qalmır. Uşaqlar sağlam nitq səviyyəsinə çatır və sonradan ümumtəhsil məktəblərində, universitetlərdə təhsil alır, cəmiyyətə uğurla inteqrasiya olunur".

NURİYYƏ

Seçilən
9
1
redaktor.az

2Mənbələr