AZ

Türkiyədə daha bir məktəbə silahlı hücum: Ölən və yaralananlar var

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən məktəblərdən birində silahlı insident baş verib.

Milli.Az xəbər verir ki, Ayser Çalık Orta Məktəbinə edilən hücum nəticəsində ölənlərin olduğu, həmçinin 6 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib, araşdırmalar davam edir.

Xatırladaq ki, bir gün əvvəl Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində də oxşar hadisə qeydə alınmışdı. Keçmiş şagirdin törətdiyi hücum nəticəsində 16 nəfər xəsarət almışdı. 

Asya
Milli.Az 

Seçilən
5
1
milli.az

2Mənbələr